Tokayev təyyarə qəzası ilə bağlı göstəriş verdi

tokayev-teyyare-qezasi-ile-bagli-gosteris-verdi
Oxunma sayı: 6455

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı komissiyanın yaradılmasına göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, sözügedən komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.