Tokayev xüsusi nümayəndəsini vəzifədən azad etdi

tokayev-xususi-numayendesini-vezifeden-azad-etdi
Oxunma sayı: 1823

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Baykonur” kompleksindəki xüsusi nümayəndəsi Serik Süleymenovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Süleymenov 2020-ci ilin aprel ayından “Baykonur” kompleksinin yerləşdiyi Qazaxıstanın Qızılorda vilayətinin akiminin (rəhbərinin) müavini vəzifəsində çalışır. Elə həmin il o, prezidentin “Baykonur” üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.