Toral Bayramovun qolu Avropanın ən yaxşıları arasında - Video

toral-bayramovun-qolu-avropanin-en-yaxsilari-arasinda
Oxunma sayı: 2797

UEFA bu yaxınlarda başa çatan 2024/2025 Avropa Liqasında vurulan ən yaxşı 10 qolun adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramovun Norveçin “Bodo-Qlimt” klubuna səfərdə vurduğu qol da yer alıb. 

Həmin qol 7-ci yerdə qərarlaşıb. 

Turnirin ən yaxşı qolu isə “Qalatasaray”ın futbolçusu Yunus Akgünün “Tottenhem”ə vurduğu qol seçilib.