Tovuzda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
“BMW” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdən biri yol kənarında dayanan yaşlı kişini vururaq öldürüb.
Bundan əlavə avtomobildə olan daha bir nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
***
Qəzada 1965-ci il təvəllüdlü Yusifov Vilayət İbrahim oğlu, 1991-ci il təvəllüdlü Tağızadə Elnur Qəhrəman oğlu, 1999-cu il təvəllüdlü Tağıyev Elvir Elçin oğlu və 2008-ci il təcəllüdlü Tağıyev Elmin Elçin oğlu yaralanıb.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumat üçün qeyd edək ki, qəzada 1955-ci il təvəllüdlü Əlimərdanlı kənd sakini Tağıyev Həmid Şirin oğlu həyatını itirib.
Yunis Quliyev