Tramp həmin şəkli Ağ Evin divarından asdı

tramp-hemin-sekli-ag-evin-divarindan-asdi
Oxunma sayı: 474

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ötən ilin avqustunda Alyaska sammiti zamanı ona hədiyyə etdiyi şəkli Ağ Evin divarına asıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən detal PBS telekanalının jurnalisti Elizabet Landersin Ağ Evin Qərb Qanadına səfəri zamanı diqqətini çəkib.

Jurnalistin yanvarın 27-də “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, liderlərin Ankoric sammitindəki birgə fotosu prezident iqamətgahını iş otaqları ilə birləşdirən foyedə nümayiş etdirilir.

Diqqətçəkən məqam odur ki, liderlərin fotosunun dərhal altında Trampın nəvəsinin əlindən tutduğu başqa bir ailə fotosu yer alıb. Ekspertlər qeyd edirlər ki, divardan asılan bu şəkil Rusiya liderinin 2025-ci ilin avqustunda keçirilən görüşdən sonra amerikalı həmkarına göndərdiyi rəsmi hədiyyə ilə eynidir. Trampın bu fotonu hələ ötən ilin avqustunda Oval Ofisdə nümayiş etdirdiyi də bildirilir.

Xatırladaq ki, 2025-ci il avqustun 15-də Alyaskadakı “Elmendorf-Riçardson” hərbi hava bazasında Putin və Tramp arasında 7 ildən sonra ilk tammiqyaslı sammit baş tutmuşdu. Üç saat davam edən görüşdə Ukrayna müharibəsinə son qoyulması, nüvə silahlarına nəzarət və iqtisadi əlaqələrin bərpası müzakirə olunub.