ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni 4 iyula qədər başa çatdırmaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
“Müttəfiqlər bəyan edirlər ki, Tramp 4 iyulda ABŞ-nin müstəqilliyinin 250-ci ildönümünə həsr olunmuş təntənəli bayram tədbirlərindən əvvəl razılaşma əldə etməyə çalışır.
Lakin yüksəkvəzifəli Avropa və NATO rəsmilərinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin əsas tələblərini ödəməyən razılaşmaya hazır olduğuna dair heç bir əlamət yoxdur”, - məlumatda deyilir.
Mənbə həmçinin bildirir ki, heç nə Putinin öz tələblərindən imtina edəcəyini deməyə əsas vermir:
“Moskva və Vaşinqton faktiki olaraq danışıqlarda kimin birinci güzəştə gedəcəyi üzərində yarışırlar”.
Son xəbərlər
Son Xəbərlər