Tramp Putindən bunu xahiş etdi - Razı oldu

tramp-putinden-bunu-xahis-etdi
Oxunma sayı: 1560

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə şəxsən Kiyevə hücumdan çəkinməsi üçün müraciət etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

“Mən şəxsən prezident Putindən xahiş etdim ki, bu fövqəladə soyuqda bir həftə ərzində Kiyevi və digər şəhərləri atəşə tutmasın”, - o, administrasiyası ilə görüşü zamanı deyib. Tramp əlavə edib ki, Putinin buna razı olması onu təəccübləndirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Ukrayna münaqişəsinin həllinə yönəlmiş danışıqlarda mühüm irəliləyiş əldə edilir.

O, münaqişənin tezliklə həll olunacağına əminliyini bildirib.