“Tramp Rusiyaya heç bir güzəştə getməyib”

tramp-rusiyaya-hec-bir-guzeste-getmeyib
Oxunma sayı: 1395

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin nizamlanması kontekstində Rusiyaya heç bir güzəşt etməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio brifinqdə bildirib. 

“Rusiyaya qarşı heç bir sanksiya ləğv edilməyib. Əvvəlki administrasiya dövründə mövcud olan bütün məhdudiyyətlər qüvvədə qalır”, - o qeyd edib.