ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb.
Bildirilib ki, qurumun rəsmi “X” hesabı artıq bağlanıb. İşçilərə isə fevralın 3-də qərərgahın bağlanacağı və yerdə qalan işçilərin distant işləyəcəyi qeyd edilib.
Agentliyin məlumatına görə, USAID-in azı 56 yüksəkvəzifəli əməkdaşı məzuniyyətə buraxılıb.
Qeyd edək ki, həftə sonu Trampın yaxın adamlarından olan biznesmen İlon Mask USAID-i “cinayətkar təşkilat” adlandırmışdı.