Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi

trampin-desteklediyi-qanun-abs-de-tesdiqlendi
Oxunma sayı: 508

ABŞ Nümayəndələr Palatası yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatlarını cinayət hesab edən qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, səsvermədə 216 konqresmen layihənin lehinə çıxış edib ki, onların da əksəriyyəti respublikaçılardır. Demokratlardan ibarət olan 211 konqresmen isə sənədin əleyhinə səs verib.

Yeni qanun layihəsinə əsasən, uşaqlar və yeniyetmələrin cinsiyyətinin dəyişdirilməsinə yönəlmiş hər hansı bir müdaxilə şəxsə qarşı törədilmiş cinayət kimi qiymətləndiriləcək. Qanun layihəsinin müəllifi konqresmen Marjori Teylor-Qrindir.

Qeyd edək ki, Prezident Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra yetkinlik yaşına çatmayanlar üzərində cinsiyyət dəyişdirmə əməliyyatlarının aparılmasına qarşı fəal mübarizə elan edib.