Gələn həftə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner Rusiya paytaxtına səfər edə bilər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə agentliklə söhbətində mənbə bildirib.
Mənbənin verdiyi məlumata görə, səfər bir həftə – on gün ərzində baş tuta bilər.
Qeyd edək ki, iyulun sonlarında Uitkoff və Kuşnerin Rusiyaya olası səfəri barədə xəbərlər yayılsa da, həmin vaxt bu məlumatlarda hər hansı konkretlik yox idi.
Öz növbəsində Kremldən bildirilib ki, Uitkoff və Kuşnerin Rusiyaya səfərinin tarixi barədə vaxtında məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər