Transseksualın doğranmış meyiti tapıldı - Azərbaycanlı olduğu deyilir

transseksualin-dogranmis-meyiti-tapildi
Oxunma sayı: 10213

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, cinsiyyətini dəyişdirərək özünə Rəna Əliyeva adını qoyan 25 yaşlı “qadın” ərə getdikdən bir neçə gün sonra amansızlıqla qətlə yetirilib. Onun parçalara ayrılmış bədəni aşkarlanıb.

İddiaya görə, Rusiya polisi Rənanın ölümündə atası Aləmşah Əliyevdən şübhələnir. Belə ki, R. Əliyevanın atası qatıldığı televiziya proqramlarından birində əməliyyatla qadın olan oğlu üçün “Onu bura gətirin və gözlərimin qarşısında öldürün” deyə bəyan edib.

Rusiya KİV-də yer alan xəbərlərdə bildirilir ki, R. Əliyeva cinayət baş verməzdən öncə polisə gedərək ölümlə hədələndiyini söyləyib.

Qeyd edək ki, bəzi Türkiyə saytları qətlə yetirilən şəxsin azərbaycanlı olduğunu yazır.