“Turan Tovuz” 8 oyundur ki, qol buraxmır - “Neftçi”ni də uddular

turan-tovuz-8-oyundur-ki-qol-buraxmir
Oxunma sayı: 773

Misli Premyer Liqasının 23-cü turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, tovuzlular matçda 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 56-cı dəqiqədə Batista vurub.

Qeyd edək ki, Tovuz təmsilçisi ardıcıl olaraq 8 oyundur ki, qapısını toxunulmaz saxlamağı bacarıb.