Türkiyə MN həmin xəbəri təsdiqlədi

turkiye-mn-hemin-xeberi-tesdiqledi
Oxunma sayı: 1961

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan Türkiyə istiqamətinə üçüncü raket buraxılması barədə məlumatı təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin yaydığı məlumatda deyilir:

“İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən zərərsizləşdirilib”.

Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra İrandan Türkiyə istiqamətində 2 raket atılmışdı. Sözügedən raketlər də NATO qüvvələri tərəfindən vurulmuşdu.