Türkiyə prezident idarəçiliyi üçün referenduma gedir - Tarix açıqlandı

turkiye-prezident-idareciliyi-ucun-referenduma-gedir
Oxunma sayı: 4362

Türkiyə prezident idarəçilik formasına keçmək üçün referenduma gedə bilər.

Qafqazinfo” xəbər verir ki, bu barədə hakim AK partiyasının sədr müavini Hayati Yazıçı açıqlama verib. Onun sözlərinə görə, “prezidentlik” təklifi yanvarda Məclisə təqdim oluna bilər. Məclis təsdiqləyəcəyi halda isə apreldə referendum keçiriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan konstitusiyaya görə Türkiyə parlament respublikasıdır. Burada real hakimiyyət baş nazirin ixtiyarındadır.