Türkiyə Super Liqası da dayandırıldı

turkiye-super-liqasi-da-dayandirildi
Oxunma sayı: 1301

Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə Super Liqasının oyunları təxirə salınıb.

"Qafqazinfo" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmirlə ölkənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu ilə görüşdükdən sonra bu qərara gəlinib.

Bundan başqa, digər idman növləri üzrə yarışların keçirilməsi də aprel ayınadək dayandırılıb.