Türkiyə üzrə kim öndədir? - Yenilənib

turkiye-uzre-kim-ondedir
Oxunma sayı: 10727

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, artıq səslərin sayılması prosesinə start verilib.

Ölkə üzrə ilkin nəticələrə görə CHP liderdir. Partiya 39.24 faiz səslə liderdir. 

“AK Parti” isə 38.16 faiz səslə ikincidir.

Məlumata görə, ölkə üzrə seçki qutularının 22.52 faizi açılıb.

***

İndiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb.

İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

***

İndiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara gör, CHP 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

***

Türkiyə üzrə sandıqların 90.81 faizi açılıb. CHP 37.32 faiz səs çoxluğu ilə lideridr. “AK Parti” isə 35.78 faizlə ikincidir.