Türkiyənin 21 vilayətində terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən “BOZDOĞAN-18” əməliyyatı çərçivəsində 51 şübhəli saxlanılıb.
“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, əməliyyat çərçivəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib:
“Terrorçuların heç birinə göz yummayacağıq. Millətimizin duaları və dəstəyi, millətimizin üstün səyləri ilə mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.