Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, uçqun sərnişin avtobusunun üstünə düşüb. İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub.
Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir.
***
Uçqun altında qalanlardan 4 nəfərin cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam etdirilir.





Son xəbərlər
Son Xəbərlər