Azərbaycanlı müğənni Sevinc Ağaşirinova Türkiyədə beş aydır prodüseri olan Levent M-dən şikayətçi olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sənətçi təcavüzə məruz qalıb.
“Prodüserimin məndən xoşu gəlirdi. Təklifini qəbul etmədim, cinsi zorakılığa və şantaja məruz qaldım”,- deyə Sevinc bildirib.
Levent M. isə müğənni ilə evlənmək barədə düşündüyünü, maliyyə mövzusunda sıxıntıları olduğu üçün Ağaşirinovanın ondan ayrıldığını bildirib.
Prodüser barəsində şantaj və cinsi zorakılıq ittihamı ilə cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər