Türkiyənin Yalova şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.
Onların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.
***
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub: “Həmçinin atışma zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb”.
Qeyd olunub ki, əməliyyat zamanı 6 İŞİD terrorçusu zərərsizləşdirilib.
***
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç isə hadisə ilə bağlı 5 nəfərin şübhəli qismində saxlanıldığını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər