Türkiyədə qiyam - Təcridxanadan 50-yə yaxın şəxs qaçdı + Video

turkiyede-qiyam
Oxunma sayı: 5875

İstanbulun Kumkapı prospektində qeyri-qanuni miqrantların deportasiya olunmaları üçün saxlandıqları “Geri Gönderme Merkezi”ndə (təcridxana) qiyam baş verib.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, miqrantlar binadakı əşyaları yandıraraq yanğın törədiblər. Daha sonra 50-yə yaxın miqrant qapını qıraraq ərazidən qaçıb.

Polis qaçan şəxslərin arxasından havaya atəş açıb. Lakin qaçan miqrantları yaxalamaq mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.