Türkiyədə şagirdləri daşıyan avtobuslar qəzaya uğradı, 44 yaralı - Fotolar

turkiyede-sagirdleri-dasiyan-avtobuslar-qezaya-ugradi-44-yarali
Oxunma sayı: 945

Türkiyədə şagirdləri daşıyan iki avtobus qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Nevşehirdə Hacı Bektaş Vəlinin vəfatının 750-ci ili münasibətilə keçiriləcək yürüşə qatılmaq üçün 81 vilayətdən gələn şagirdləri daşıyan iki avtobusun düşdüyü qəzada 44 nəfər yaralanıb.

Onlardan 39-u şagirddir.

Avtobuslardan biri evakuatorla toqquşub, arxadan gələn digər avtobusun sürücüsü qəzadan yayınmaq istəyərkən manevr edib və bu zaman maşın aşıb.

Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.