Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi oldu

turkiyeli-diplomat-atet-in-yeni-bas-katibi-oldu
Oxunma sayı: 1914

Türkiyənin sabiq XİN rəhbəri və ölkənin BMT yanında keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Maltanın xarici işlər naziri, təşkilatın hazırkı sədri Yan Borq “X” hesabında paylaşıb. 

Bununla yanaşı, yunanıstanlı Mariya Telalian Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəhbəri, niderlandlı Kristof Kamp ATƏT-in milli azlıqlar məsələləri üzrə Ali Komissarı, norveçli Yan Bratu Media azadlığı məsələləri üzrə nümayəndə təyin edilib.

Qeyd edək ki, 68 yaşlı F.Sinirlioğlu 2015-ci ilin avqustundan həmin ilin noyabrına qədər Türkiyə XİN-ə rəhbərlik edib, 2016-2023-cü illərdə isə ölkəsinin BMT yanında daimi nümayəndəsi olub.