Türkiyənin turizm şəhərində güclü yanğın - Fotolar+Video+ Yenilənib

turkiyenin-turizm-seherinde-guclu-yangin
Oxunma sayı: 5714

Türkiyənin turizm şəhəri olan Antalyada güclü yanğın başlayıb.

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, hadisə dekorasiya məhsulları istehsal edən fabrikdə baş verib. "Kar-Yapı" firmasına aid poliuretan köpük hazırlayan fabrik qəfil alışıb.

Qatı duman və alovlar ətrafdakıların təşvişinə səbəb olub. Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb olunub. 

***

Antalyanın Sənaye Bölgəsində fəaliyyət göstərən köpük fabrikində başlamış yanğın nəzarətə götürülüb. Bu barədə icra başçısı Münir Karaloğlu açıqlama yayıb.

O bildirib ki, yanğında ölən olmasa da, əraziyə böyük maddi ziyan dəyib:

“Yanan fabrik “Kar-Yapı” dekorasiya məhsulları istehsal edən müəssisə idi. Antalya Sənaye Bölgəsinin ən böyük fabriklərindən biridir. Orada 225 işçi çalışırdı. Ən böyük təsəllimiz ölüm faktının olmamasıdır. Yanğının yaxınlıqdakı meşəyə keçməsinin qarşısı alınıb. Hadisə yerinə 1 təyyarə, 2 helikopter, 42 yanğınsöndürən cəlb olunub”. 

Qeyd edək ki, fabrikdəki yanğının baş vermə səbəbləri araşdırılır.