“Türkiyəsiz NATO-ya mövcudluğunu qoruyub saxlamaq çətin olacaq”

turkiyesiz-nato-ya-movcudlugunu-qoruyub-saxlamaq-cetin-olacaq
Oxunma sayı: 2123

NATO Türkiyəsiz alyansın mövcudluğunu təhdid edən çətinliklərlə qarşılaşacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telemüraciətində bildirib.

“Türkiyəsiz NATO-ya yalnız öz gücünü qoruyub saxlamaq deyil, həm də mövcudluğunu qoruyub saxlamaq çətin olacaq. Türkiyə alyans qarşısında öz öhdəliklərini tam yerinə yetirir. O, (Türkiyə) NATO-nun qorunmasının vacibliyini qəbul edir, baxmayaraq ki, özünə ən çox dəstək lazım olduğu bir vaxtda tək qalmışdı”, - Ərdoğan iyunun 14-də Brüsseldə keçirilmiş NATO sammitinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, regional böhranlarda - İraqdan Suriyaya, Fələstindən Liviyaya qədər NATO ondan gözlənilən güclü iradəni nümayiş etdirə bilməyib.

“Sammitin gedişində danışıqlar zamanı biz bir daha “pis terrorçu, yaxşı terrorçu” anlayışının düzgün olmadığına diqqət çəkdik”, - deyə qeyd edən Ərdoğan əlavə edib ki, NATO-nun ölkənin cənub sərhədlərində Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə mübarizəyə daha səmimi və güclü töhfə verəcəyini gözləyir.