Tutuquşunun uçuşu ana və qızını həyatda tutdu

tutuqusunun-ucusu-ana-ve-qizini-heyatda-tutdu
Oxunma sayı: 4269

Türkiyədəki zəlzələlərdən sonra İstanbula qayıdan bir qrup xilasedici fəaliyyətləri boyu ən təsirli xatirələrini bölüşüblər. Onlardan biri onun üçün ən həssas hadisəni danışaraq bildirib ki, işlədiyi qrup dağıntılar altındakı boşluqdan havaya qalxan tutuquşunu görüb ora yaxınlaşıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupları həmin boşluqda 30 yaşlı ana və 3 yaşlı qızının qaldığını görüblər.

Onlar Büşra Özdemiri və qızı Nur Simanı dağıntılar altından çıxara biliblər. Ana və qız sağ-salamat qalsalar da, ailənin digər bir övladı həlak olub.