Üç aydır ictimaiyyət qarşısına çıxmır

uc-aydir-ictimaiyyet-qarsisina-cixmir
Oxunma sayı: 5823

Cənubi Koreyanın birinci xanımı Kim Konq Hi ötən ilin sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Nəşr xəbər verir ki, Koreya prezidentinin xanımının ictimai tədbirlərdə iştirak etməməsi jurnalistlərin böyük təəccübünə səbəb olub.

Eyni zamanda, siyasi müşahidəçilər əmindirlər ki, birinci xanımın taleyi ilə bağlı narahat olmağa dəyməz. Onların sözlərinə görə, çox güman ki, o, aprel ayında baş tutacaq parlament seçkiləri öncəsi bir sıra səs-küylü qalmaqallardan sonra ictimaiyyətin diqqətindən kənarlaşdırılıb.