Üç yox, beş övladı olan qadınlar çoxuşaqlı ana sayılacaq - Rəsmi

uc-yox-bes-ovladi-olan-qadinlar-coxusaqli-ana-sayilacaq
Oxunma sayı: 4039

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla artıq üç deyil, beş və daha çox övladı olan analar çoxuşaqlı sayılacaq.

Sənədə əsasən, çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının beş və daha çox uşaq dünyaya gətirməsi, onları 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb ediləcək.