Ucardakı qəzada ölən Elnurla Aqilin - Fotosu

ucardaki-qezada-olen-elnurla-aqilin
Oxunma sayı: 969

Xəbər verdiyimiz kimi, avqustun 16-na keçən gecə Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində  baş vermiş qəzada ölənlər Mingəçevir şəhər sakinləri olub.

Belə ki, “Ford Transit” markalı kiçiktutumlu yük maşınında hərəkət edən Elnur Mirzəyev və Aqil Əhmədov kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olublar. Onlar məhsulları Mingəçevirə apararkən avtomobil “Kamaz” markalı yük maşınına çırpılıb. Nəticədə, hər iki şəxs həlak olub.