Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli növbəti görüşün tarixi məlum olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, ölkələr arasında danışıqların yeni mərhələsi gələn həftə keçiriləcək.
“Danışıqların həqiqətən gələn həftə baş tutacağı ilə bağlı razılıq əldə olunub. Yer və dəqiq tarix barədə sizə məlumat verəcəyik. Lakin həqiqətən, bu, gələn həftə olacaq”, - Kremlin rəsmi nümayəndəsi deyib.
Xatırladaq ki, tərəflər arasında sonuncu üçtərəfli görüş fevralın 5-də Əbu-Dabi şəhərində baş tutmuşdu.
***
D.Peskovun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli növbəti görüş fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Danışıqlara qatılacaq Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Son xəbərlər
Son Xəbərlər