“Ukrayna 2 ilə Aİ-yə üzv olmaq istəyir”

ukrayna-2-ile-ai-ye-uzv-olmaq-isteyir
Oxunma sayı: 993

“Ukrayna yaxın 2 il ərzində Avropa İttifaqının tamhüquqlu üzvü olmağı planlaşdırır”.

“Qafqazinfo” “Politico” qəzetinə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

“Bizim yaxın 2 il ərzində Avropa İttifaqına qoşulmaqla bağlı kifayət qədər ambisiyalı planımız var. Buna görə də ümid edirik ki, bu il ərzində ilkin danışıqlar keçirilə bilər”, - deyə Şmıqal qeyd edib.

Qəzet yazır ki, sözügedən məsələ fevralın 3-ü Kiyevdə baş tutacaq Aİ-Ukrayna sammitində əsas mövzulardan biri olacaq.