Ukrayna ilə Polşa arasında sərhəd bağlana bilər

ukrayna-ile-polsa-arasinda-serhed-baglana-biler
Oxunma sayı: 1578

Ukrayna ilə Polşa arasında sərhəd 2023-cü ilin sonuna qədər bağlana bilər.

“Qafqazinfo” xəbər verir ki, sərhədin bağlanma təhlükəsi barədə Ukraynanın “Ukravtoprom” avtomobil istehsalçıları birliyi öz teleqram kanalında məlumat yayıb.

“Əgər əvvəllər onlar bir nəzarət-buraxılış məntəqəsi ilə məhdudlaşırdılarsa, indi Ukraynadan gələn bütün mövcud girişləri bağlamağı planlaşdırırlar”, – “Ukravtoprom” yazıb.

Məlumata görə, Polşa daşıyıcıları iki ay tətil edəcəklər. Etirazçılar yerli hakimiyyətlə Korçeva keçid məntəqəsi ərazisində ilk tətillə bağlı razılığa gəliblər. Tətilin səbəbi kimi Ukrayna ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında beynəlxalq daşımaların liberallaşdırılmasından sonra yaranmış hədsiz rəqabətin olduğu bildirilir.