Ukrayna ötən gecə Rusiyanın Rostov-na-Donu, Bataysk və Taqanroq şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rostov limanına hücum nəticəsində yük gəmisi yanıb. Gəmidə olan ekipaj üzvlərindən ikisi ölüb, daha üç nəfər isə yaralanıb. Yanğının sahəsi 20 kvadrat metr təşkil edib. Şəhərin qərbində isə çoxmərtəbəli binaya zərər dəyib, xəsarət alan olmayıb.
Qubernator Batayska dron hücumu nəticəsində isə yeddi nəfərin yaralandığını, daha bir nəfərin öldüyünü açıqlayıb. Yaralılardan üç nəfəri xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər