Ukrayna Rusiyanın patrul gəmisini vurub - Video

ukrayna-rusiyanin-patrul-gemisini-vurub
Oxunma sayı: 1286

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin xüsusi bölmələri Rusiyanın Qara Dəniz donanmasına məxsus “Sergey Kotov” patrul gəmisini vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Kəşfiyyat İdarəsi öz teleqram kanalında açıqlayıb.

Hadisənin martın 5-nə keçən gecə Kerç boğazı yaxınlığında baş verdiyi qeyd olunur. Gəmiyə “Magura V5” dəniz dronları ilə zərbələr endirilib. 

Hücumun detalları açıqlanmayıb.

İdarə sözügedən patrul gəmisinin dəyərinin təqribən 65 milyon dollar olduğunu vurğulayıb.