Ukrayna üçün 3 minə yaxın pilotsuz təyyarə alacaqlar

ukrayna-ucun-3-mine-yaxin-pilotsuz-teyyare-alacaqlar
Oxunma sayı: 1634

Litvanın Baş naziri İnqrida Şimonite Ukrayna üçün 3 minə yaxın pilotsuz uçuş aparatı (PUA) alacaqlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ümid edirik ki, onlar bu il cəbhəyə çatdırılacaq”, - Şimonite bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə ölkədə xüsusi reabilitasiya proqramı hazırlanır.