Ukraynada çağırış yaşı endirilə bilər

ukraynada-cagiris-yasi-endirile-biler
Oxunma sayı: 1198

Ukrayna Silahlı Qüvvələrində çağırış yaşının 25-dən 22-yə endirilməsi məsələsi müzakirə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hazırda respublikada səfərbərlik üçün minimum yaş həddi 25 olsa da, mövcud çağırış səviyyəsi ordunun ehtiyaclarını qarşılamır. Agentlik yazır ki, müzakirə olunan digər təkliflər arasında xarici bölgələrdən olan ərazi müdafiə briqadalarının ləğv edilməsi və fərarilərin yenidən orduya qaytarılması mexanizmləri yer alır.

Ukrayna Ali Radasının Milli Təhlükəsizlik Komitəsinin katibi Roman Kostenko isə bildirib ki, hazırda ayda təxminən 30 min nəfər çağırışçı orduya cəlb edilir, lakin bu, Silahlı Qüvvələrin yenidən qurulması üçün tələb olunan sayın yalnız yarısıdır.