Ukraynada qadın deputatın qaçırıldığı iddia olunur

ukraynada-qadin-deputatin-qacirildigi-iddia-olunur
Oxunma sayı: 1777

“Rusiya hərbi formasında olan silahlı bir qrup şəxs Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə basqın edib”.

“Qafqazinfo” “Ukrainskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu iddia ilə Krım-tatar xalqının Məclisinin üzvü Eskender Bariyev öz rəsmi feysbuk hesabında çıxış edib.

“Bu gün (martın 10-u – red.) Melitopolda 06:00-da Rusiya hərbi formasını geyinən silahlı şəxslər Zaporojye Vilayət Şurasının deputatı, Krım-tatar xalqının nümayəndəsi Leyla İbrahimovanın evinə basqın ediblər”, - deyə Bariyev qeyd edib.

O bildirib ki, deputat həmin şəxslər tərəfindən naməlum istiqamətdə aparılıb. Bununla yanaşı, onun evində axtarış aparılıb, telefonlar götürülüb.