Ukraynanın sabiq prezidentinə qiyabi həbs verildi

ukraynanin-sabiq-prezidentine-qiyabi-hebs-verildi
Oxunma sayı: 833

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç barəsində Kiyev məhkəməsi tərəfindən çıxarılan qiyabi hökm qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, V. Yanukoviç 15 il müddətinə azadlıqdan məhrum edilib. O, fərariliyin təbliği, eləcə də vətəndaşların Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsinin təşkilində təqsirli bilinib. Bundan əlavə, keçmiş prezident Rusiya ilə əlaqələr kontekstində dövlətə xəyanət ittihamı ilə də üzləşib.

Xatırladaq ki, Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti vəzifəsini icra edib. O, 2014-cü ildə baş verən “Maydan” hadisələrindən sonra Ukraynanı tərk edib və uzun illərdir Rusiyada yaşayır.