“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland yeni reklam çəkilişləri zamanı özünə olduqca bənzəyən dublyoru ilə kamera qarşısına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, çəkiliş meydançasından yayılan görüntülər sosial mediada qısa zamanda trend olub.
Məlumata görə, norveçli futbolçu qlobal reklam kampaniyası üçün peşəkar dublyorla çalışıb. Saç düzümü, bədən quruluşu və üz cizgiləri baxımından Haalanda, demək olar ki, tam bənzəyən dublyoru futbolçu ilə yanaşı görüntülənib.
Sosial şəbəkələrdə paylaşılan fotolarda eyni məşq forması geyinən ikilini bir-birindən ayırd etməyin olduqca çətin olduğu görünür.
Bildirilir ki, gərgin oyun və məşq qrafikinə görə Haalandın uzun müddət çəkiliş meydançasında qalması mümkün olmadığından dublyordan istifadə edilib. Dublyor, əsasən, texniki hazırlıq və ümumi plan səhnələrində yer alıb. Futbolçu isə yaxın plan və dialoq tələb edən kadrlarda iştirak edib.
“Haalandın əkizi” kimi tanınan dublyorun yer aldığı reklam çarxının yaxın həftələrdə dünya miqyasında yayımlanacağı gözlənilir.


Son xəbərlər
Son Xəbərlər