“Uşaq evlərində hər iki valideyni olanlar da var”

usaq-evlerinde-her-iki-valideyni-olanlar-da-var
Oxunma sayı: 1414

“Son dövrdə uşaq evlərində nəinki valideynsiz, hətta hər iki valideyni olan uşaqlar da var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. 

Komitə sədri qeyd edib ki, Türkiyədə uşaq evindən çıxanlar dövlət işində çalışmağa başlayır: “Yəni bu prosesi orada dövlət öz üzərinə götürüb. Biz də “himayədar ailə” modeli ilə çalışırıq ki, ailə özü bu məsuliyyəti daşısın və uşağı böyütsün”.

***
Deputat Sevil Mikayılova bildirib ki, uşaqları “Himayədar ailə” şəraitində tərbiyə etmək istəyən ailələr üçün reyestr yaradılacaq: “Bu reyestr belə ailələrin nəzarətdə saxlanmasına, monitorinqinə və prosesin sürətlənməsinə kömək olacaq. Qanunvericiliyə müvafiq dəyişiklikdən sonra bu ailələr maliyyə baxımından təmin olunacaqlar”.

Deputat əlavə edib ki, uşağın ailələrə yerləşdirilməsi zamanı onun fikirlərinə önəm veriləcək.

Zaur Mirzə