Uşaq vedrənin içində qaldı, köməyə FHN gəldi - Video

usaq-vedrenin-icinde-qaldi-komeye-fhn-geldi
Oxunma sayı: 2709

Ağdamda azyaşlı dəmir vedrənin içində sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qasımbəyli qəsəbəsində baş verib.

 Arzu İsmayılova (ad şərtidir) həyətdə oynayarkən içinə girdiyi dəmir vedrədə sıxılı qalıb.

Ailəsi köməyə FHN-in Qarabağ Regional Mərkəzinin xilasedicilərini köməyə çağırıb. Xilasedicilər dəmir vedrəni kəsərək onu xilas edib.

Ziya Əmirxanlı