“Uşaqlar bundan artığını edə bilməzdilər” - De Byazi

usaqlar-bundan-artigini-ede-bilmezdiler
Oxunma sayı: 3738

Bu gün AVRO-2024 seçmə mərhələsi çərçivəsində Brüsseldə, “King Baudouin Stadium”da keçirilmiş Belçika - Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, italiyalı məğlubiyyəti belə şərh edib: 

"Oyundan əvvəl dediyim kimi, ağır oyun gözləyirdi bizi. Elə də oldu. Güclü rəqibə qarşı mübarizə apardıq. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq. Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər".