Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 99 780 nəfər artaraq 5 404 512-yə yüskəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 1 486 pasiyent koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 343 514-ə çatıb.
Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada qeydə alınıb – 2 454 452 nəfər.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.