ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin N12 nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi ilə bağlı xəbərlər fonunda baş tutan danışıqlar “uzun və dramatik” keçib.
Qeyd edək ki, daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin yenidən hücum edəcəyi təqdirdə müharibəni Yaxın Şərqdən kənara çıxarmaqla hədələyib.
Son xəbərlər
Son Xəbərlər