Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 981

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 049 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.