“Vaqner” Rusiya Qvardiyasının tərkibinə keçib

vaqner-rusiya-qvardiyasinin-terkibine-kecib
Oxunma sayı: 1494

“Vaqner” özəl hərbi şirkəti Rusiya Qvardiyasının tərkibinə keçib.

“Qafqazinfo” xəbər verir ki, “Vaqner” bununla bağlı bəyanat yayıb.

Bildirilib ki, işçilərdən fərdi müqavilə imzalamaq istənilib.

“Vaqner” Qrupunun bütün strukturu, iş qaydası və komandirləri eyni qalır”, - deyə şirkət vurğulayıb.

Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin avqustun 23-ü Tverdə təyyarə qəzası nəticəsində dünyasını dəyişib.