“VAR gələndən problemlər artıb” - Video

var-gelenden-problemler-artib
Oxunma sayı: 412

“Komandada ən az problem o vaxt olur ki, klubda futbolçuların sayı azdır. 11 futbolçumuz olsa, orada heç bir problemimiz olmaz. Nə qədər çox say var, o qədər problem var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Bolqarıstanın MOİK (Sofiya) klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis VAR sistemi və hakimlikdəki detallardan söhbət açıb:

“Hakimlikdə də nə qədər çox elementlər, detallar qoyurlarsa, o qədər çox problem olacaq və danışılacaq. VAR gələndən sonra mübahisə daha da çoxalıb. Baxmayaraq ki, elə qərarlar mövcuddur ki, onların olması vacibdir, amma eləsi də var ki, biri razılaşır, digəri yox, hətta VAR təsdiqləsə belə... Ona görə də nə qədər çox detallar olsa, o qədər də çox problemlər olacaq. Olmayanda isə bilirsən ki, yoxdur, burada danışdın, getdi. Amma olanda efirdə göstərirlər, hakim açıqlama verir, AFFA Hakimlər Komitəsinin sədri belə danışır. Məndən olsa, VAR olmasa, daha yaxşı olardı”.