Hacı Surxay çıxış zamanı bildirib ki, Aşurbəy məscidində bəzi hadisələr baş verir. Ora yüzlərlə insan axışır. Gözü yaşlı valideynlər övladlarının Suriyaya getməsində məscidi günahkar bilir. Onlar deyir ki, məscidlər bizə fəlakət gətirirsə, o zaman bizə lazım deyil. Şeyxə müraciət edərək bildirib ki, əgər bunun qarşısı alınmasa 2-3 aydan sonra Aşurbəy məscidində vətəndaş müharibəsi başlayacaq.
Qeyd edək ki, bu gün QMİ-də keçirilən geniştərkibli iclasda bəzi axundlar çıxışlarında jurnalistləri məlumatları düzgün yaymamaqda təqsirkar bilib. Şeyx isə axundların bu çıxışlarına münasibət bildirərək jurnalistləri müdafiə edib.
“Mən deməliyəm, onlar bilsinlər. Siz deməlisiniz. Jurnalistlərdən bizdən öyrənməlidir. Biz onlardan xahiş etməliyik ki, bizə kömək edin. İnşalllah bugünki tədbirdən sonra jurnalistlər bu məsələlərdə bizə kömək edərlər”.
Günel
Son xəbərlər
Son Xəbərlər