“Vendetta” Faiq Ağayevin hesabını ələ keçirdi - Fotolar

vendetta-faiq-agayevin-hesabini-ele-kecirdi
Oxunma sayı: 1491

Xalq artisti Faiq Ağayevin İnstaqram profili naməlum şəxs tərəfindən ələ keçirilib.

“Qafqazinfo”nun xəbərinə görə, Faiq Ağayev məlumat verib ki, profilini oğurlayan şəxs canlı yayım təşkil edib.

“İnstaqram hesabım oğurlanıb. Yalan məlumatlar yayırdılar. İndi də hesabım deaktiv edilib”.

Xalq artisti profilin geri qaytarılması üçün lazımi yerlərə müraciət etdiyini bildirib. Onun paylaşdığı skrin-fotolardan məlum olub ki, profili ələ keçirənlər qisas simvolu sayılan “Vendetta” maskasından istifadə ediblər.